Azərbaycanda gənc qadın hoteldə öldü

Cəmiyyət

Tovuz rayonunda qadın ölüb.

Oxu.Az-ın məlumatına görə, 2003-cü il təvəllüdlü X.Tağıyeva rayon ərazisində yerləşən hotellərin birində vəfat edib.

Qadının meyiti hotelin hamam otağında aşkarlanıb.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, faktla bağlı araşdırma aparılır:

“Tovuz Rayon Polis Şöbəsinin və Tovuz Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçiriblər. İlkin araşdırma nəticəsində qadının üzərində zorakılıq əlaməti aşkarlanmayıb. Faktla bağlı araşdırmalar davam etdirilir”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az