İbtidai əmək alətlərini hazırlayan arxeoloq ilə FOTOREPORTAJ

Mədəniyyət

Son illər arxeologiya sahəsinə maraq azalıb. Arxeoloq Əjdər Babazadə Azərbaycanın rayonlarını, kəndlərini gəzərək qədim daşları və qurumuş ağacları toplayır. Topladıqlarından isə qədim əmək alətləri düzəldir.

3 ildir ki, bu işlə məşğul olur. Hazırladığı ən qədim əmək aləti alt paleolit dövrünə aiddir. Tarixin bütün dövrlərinə aid ibtidai əmək alətlərinin eskizləri hazırlanır.

Alt paleolitdən etibarən son neolitin uzun bıçaqların hazırlanmasına qədər nümunələr hazırlayıb. Bunun üçün bir neçə xammaldan çay və çaxmaq daşından istifadə edir.

Burada sadəcə qədim daş alətlər hazırlanılmır eyni zamanda həmin dövrdə istifadə edilən suxur (daş) xammal növləri və onların mənbələri öyrənilir. Laboratoriyada, 3 milyon il içində kəsici daş alətlərini texnologiyasını öyrənmək üçün çay daşlarından (grabel), silex (çaxmaqdaşı- flint, chert), bazalt, obsidian kimi volkanik və tektonik suxur qaynaqları toplanmışdır.

Laboratoriyada magmatik (tektonik və vulkanik) suxur-daş xammalları ilə yanaşı, maral buynuzu, mal dərisi, iri heyvan sümükləri, ağacdan ibarət yumşaq zərbə alətləri və qoruyucu vaistələr hazırlanmışdır. Bunlar dövrün alət düzəldən alətləri olaraq bilinir.

PhotoStock.az-ın hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox burada: PhotoStock.az

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir