Musiqili Teatrın solisti Qazaxıstanda uğurla çıxış etdi

Baş səhifə

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Rauf Babayev Qazaxıstanın Qaraqanda şəhərində keçirilən “DosStar” XIII Açıq Operetta və Müzikl Festivalında uğurla iştirak edib.
O, Qazaxıstan, Rusiya, Özbəkistan və Macarıstanın məşhur operetta ulduzlarının qatıldığı festivalda həm məşhur macar bəstəkarı İmre Kalmanın “Sirk Şahzadəsi” əsərində Toni Bonvil obrazını canlandırıb, həm də qala-konsertdə çıxış edib.
Beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edərkən çox böyük qürur hissi keçirdiyini vurğulayan Rauf Babayev səfər təəssüratlarını bölüşüb:
“Bu dəfə də səfərdən gözəl təəssüratlarla ayrılmışam. Qısa zaman ərzində müxtəlif ölkələrdən olan aktyorlarla birgə keçdiyimiz fasiləsiz məşqlərin uğurlu nəticələri, tamaşaçıların alqış səsləri altında xoş xatirələrə çevrilən gözəl anlar məni hədsiz məmnun etdi. Dünya teatrları ilə qarşılıqlı mədəni əlaqələrin inkişafına təkan verən layihələrin davamlı olmasını arzulayıram.
Həmişə olduğu kimi, bu dəfə də, qazandığım mükafatları teatrımıza həsr edirəm və yaradılan şəraitə görə teatr rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir