Paytaxtda ağac avtomobilin üzərinə aşdı

Cəmiyyət




Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində bədbəxt hadisə baş verib.

Oxu.Az-ın məlumatına görə, ərazidə olan ağaclardan biri “Volkswagen Touareg” markalı avtomobilin üzərinə aşıb.

Hadisə nəticəsində maşına ziyan dəyib.

Əzizə İsmayılova

www.RESMIXEBER.az