Rezidenturaya qəbul imtahanı üçün qeydiyyat bu gün başa çatır

Cəmiyyət


Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) ikinci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı 4 iyul saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, namizədlər DİM-in internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

4 iyul saat 14:00-a olan məlumata əsasən, 926 namizəd (Azərbaycan bölməsi – 700; rus bölməsi – 226) imtahana yazılıb.

Məlumat üçün qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının ikinci cəhdi iyulun 16-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə avqustun 13-də keçiriləcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir