VMA -nın yıgıncagı keçirildi

Cəmiyyət

Bu gün Ag şəhərdə Sahil Baku Hoteldə “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin 16-cı Ümumi Yığıncağı keçirilmişdir. Yığıncaqda qonaqlardan millət vəkili Ceyhun Məmmədov, AMEA -nın Riyaziyyat və Mexanika İnstititunun direktoru, professor Misir Mərdanov, tibb elmləri doktoru, professor, Südeyf İmamverdiyev, Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Xanlar Xanlarzadə, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Nurlana Qaraxanova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov, Pedaqoji Universitetin professoru, əməkdar elm xadimi Fərrux Rüstəmov, təhsil ekspertləri Nadir İsrafilov, Məhəmməd Bayramlı, Nisə Cəlilzadə, Nabatəli Qulamoglu, pedaqoji elmlər doktoru Zəhra Muradova, əməkdar müəllim Almaz Həsrət, 67, 182, 100, 179, 59, 239, Ceyranbatan 1 saylı tam orta məktəblərin, S.C.Pişəvəri adına Gimnaziya, “Zəngi” liseyi, Heydər Əliyev adına liseyin Valideyn-Müəllim icmaları, məktəb direktorları, dünya azərbaycanlılarının nümayəndələri Mehriban Paşayeva, Finlandiyadan gələn soydaşımız Arzu xanım, İsmayıllı, Astara, İmişli və s rayonlardan müəssisə rəhbərləri, Az.TV və media nümayəndələri, jurnalistlər, xəbər agentliklərinin rəhbərləri, təhsil iştirakçıları iştirak etmişlər. Natiqlər təhsidə olan problemlərlə baglı ictimai çağırışlar etmişlər. AVMA İB-nın 2 illik fəaliyyəti ilə baglı video çarx göstərilmiş, birliyin fəaliyyəti yüksək qiymətləndirilmişdir. Birliyin fəaliyyətində fərqlənən təhsil iştirakçıları təltiflənmiş, birliyin “Təhsil fədaisi”, Nümunəvi İdarəedici ordenləri, “Nümunəvi İcma rəhbəri” və AVMA medalları, birliyin yeni saytı təqdim olunmuşdur. Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə baglı iştirakçılara xatirə hədiyyələri paylanılmış, ona həsr edilən ifalar dinlənilmişdir. AVMA İB İdarə Heyətinin tərkibi təsdiq edilmiş, birliyin rəhbəri yenidən yekdilliklə Şahin Rəcəb seçilmişdir.
Ümumi yığıncaq öz işini AVMA təqaüdçüsü Mehdi Həsənovun və 67 saylı məktəbin özfəaliyyətinin çıxışları ilə bitirmişdir. Ümumi Yığıncaq barədə əlavə məlumatlar veriləcəkdir.

AVMA İB Mətbuat Xidməti.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir