2023-cü ilin ilk Nobel mükafatı laureatları açıqlanıb – FOTO

Dünya


Stokholmdakı İsveç Kral Elmlər Akademiyası 2023-cü ildə “Fiziologiya və ya tibb” nominasiyası üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Mükafatı koronavirus peyvəndinin hazırlanmasında əvəzedilməz xidmətləri olan macar biokimyaçı Katalin Kariko və amerikalı alim Dryu Veysman alıb.

resmixeber.az-ın məlumatına görə, bu barədə Nobel komitəsinin “Twitter” hesabında xəbər verilib.

Bildirilir ki, alimlər Nobel mükafatını “nuklein turşusu əsaslarının modifikasiyası sahəsində kəşflərinə görə” alıblar; bu kəşf mRNT vaksinlərinin hazırlanmasına imkan verir.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir