Zaqatalada baş verən partlayışda ölənlərin sayı artıb

Cəmiyyət


Zaqatalada baş verən partlayış zamanı xəstəxanaya yerləşdirilən 32 yaşlı şəxs vəfat edib.

“resmixeber.az”un Şimal-qərb bürosunun məlumatına görə, 1991-ci il təvəllüdlü Məqsəd Rzayev aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Bununla da, hadisə nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

Qeyd edək ki, hadisə sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində baş verib.

Belə ki, partlayıcı maddənin partlaması nəticəsində 3 nəfər – 1992-ci il təvəllüdlü İlqar Cumayev, 1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alıblar.

Həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir