Kanadanın paytaxtı Ottavanın cənub hissəsində baş verən qasırğa 125 yaşayış evinə ciddi zərər vurub.
Məlumat Kanadanın yerli kütləvi informasiya vasitələrində dərc edilib.
Şahidlərin bildirdiyinə görə, tornado təxminən 30-45 saniyə ərzində meydana gəlib.
Təbii fəlakət əsasən yaşayış evlərinin damlarını yararsız hala salıb, ağacları kökündən çıxarıb.
Məlumat üçün əlavə edək ki, Ottavada tornadoya nadir hallarda rast gəlinir.
Mənbə: CTV
www.RESMIXEBER.az