Donetskdəki azərbaycanlılarla əlaqə kəsilib – VİDEO

Dünya


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə ölkə üzrə yenidən hava həyəcan siqnalı verilib.

Qeyd edilib ki, Donetsk, Xerson və Xarkov vilayətində vəziyyət gərgin olaraq qalır. Xüsusilə Donetsk vilayətində ağır döyüşlər gedib.

“Ukrayna ordusu tərəfindən Rusiyaya məxsus iki döyüş təyyarəsi məhv edilib. Hər iki tərəf kifayət qədər itki verib”, – deyə jurnalist əlavə edib.

O da bildirilib ki, Donetsk vilayətinin Toretsk şəhərindəki azərbaycanlılardan xəbər yoxdur:

“Bir həftədir, onlarla əlaqə kəsilib. Şəhərdə Ukrayna hərbi maşınları istisna olmaqla, giriş-çıxışa icazə verilmir”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir