
Bakı. Trend:
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq
Turnirinin ilk yarış günündə Azərbaycan milli komandası 3 medal
qazanıb.
Elşən Əsədov (66 kiloqram) bütün rəqiblərinə qalib gələrək
turnirin qalibi olub. Bu çəki dərəcəsində Rəşad Yelkiyev gümüş
medala layiq görülüb. Kamran Süleymanov (73 kiloqram) isə yarışı
bürünc medalla başa vurub.
Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 1 bürünc medalla 38 ölkə
arasında ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.

