İsrail ordusu “HƏMAS”ın siyasi bürosunun keçmiş rəhbərinin qardaşı oğlunu öldürüb

Baş səhifə

Bakı. Trend:

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağında HƏMAS-ın keçmiş
siyasi büro rəhbəri İsmayıl Həniyənin qardaşı oğlunun məhv
edildiyini açıqlayıb. O, təşkilatın hərbi qanadında fəaliyyət
göstərən “Nuxba” bölüyünün komandir müavini olub.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.




“SAXAL oktyabrın 7-də terror qrupunun İsrail ərazisinə sızmasına
rəhbərlik etmiş “Nuxba” bölüyünün komandir müavini Valid Həniyəni
zərərsizləşdirib. Valid Həniyə HƏMAS-ın keçmiş siyasi büro rəhbəri
İsmayıl Həniyənin qardaşı oğlu idi”, – deyə bəyanatda
bildirilir.

İsrail hərbçilərinin məlumatına görə, zərərsizləşdirilən şəxs
son dövrlərdə “HƏMAS” sıralarına yeni terrorçuların cəlb edilməsi
ilə məşğul olur, həmçinin tabeliyində olan “Nuxba” bölüyünün hərbi
hazırlığına rəhbərlik edirdi.