Tramp İrana qarşı daha sərt addımlar istisna etməyib

Baş səhifə

Bakı. Trend:

ABŞ hərbi aviasiyası atəşkəs razılaşmasının pozulmasına cavab
olaraq İranda raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı
obyektlərə, eləcə də sahil radar sistemlərinə yenidən zərbələr
endirib.

Bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social”
platformasında paylaşım edib.




“Onların heç vaxt dərs çıxarmamaları tamamilə mümkündür! Elə bir
məqam gələ bilər ki, artıq təmkinli davranmaq imkanımız qalmayacaq
və uğurla başladığımız işi hərbi yolla başa çatdırmağa məcbur
olacağıq. Əgər bu baş verərsə, İran İslam Respublikası mövcudluğunu
dayandıracaq”, – deyə Tramp bildirib.