
Bakı. Trend:
ABŞ və Livan İsrailin cənubi Livan ərazisində təhlükəsizlik
zonası saxlamaq hüququnu tanıyıblar.
Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu mətbuat
konfransında açıqlama verib.
“Əldə olunan razılaşmalar çərçivəsində ABŞ və Livan İsrailin
təhlükəsizliyi üçün zəruri olduğu müddətdə İsrailin Livan
ərazisində təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıblar”, –
deyə Netanyahu bildirib.
Onun sözlərinə görə, İsrail “Hizbullah” hərəkatı və digər terror
təşkilatları tərksilah edilənədək, Livan tərəfindən İsrailə yönələn
təhlükə tam aradan qalxanadək təhlükəsizlik zonasını saxlamaqda
davam edəcək.
Netanyahu həmçinin etiraf edib ki, pilot layihə çərçivəsində
İsrail Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxarmağı
planlaşdırır. Həmin ərazilərdən biri təhlükəsizlik zonasından
kənarda, digəri isə onun sərhədində yerləşir.

