
Bakıda keçirilən Mütləq Döyüş Çempionatının (UFC) turnirinə yekun vurulub.
Modern.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan yarışın bütün qarşılaşmaları tamamlanıb.
Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gəlib.
Yüngül çəki dərəcəsində baş tutan qarşılaşmada R.Fiziyev rəqibini ikinci raundda nokaut edərək qələbə qazanıb.
Beləliklə, UFC-nin Bakıda təşkil etdiyi ikinci turnir də başa çatıb. Paytaxtda ilk belə yarış 2025-ci ildə keçirilmişdi.
Qeyd edək ki, “UFC Fight Night Baku” turnirində Azərbaycanı təmsil edən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov isə amerikalı Erik Nolanı məğlub edib. Digər təmsilçimiz Nazim Sadıxov isə braziliyalı Mateus Kamiloya məğlub olub.

