Küveyt və Bəhreyndə ABŞ-ın mühüm infrastruktur obyektlərinə zərbələr endirilib – SEPAH

Baş səhifə

Bakı. Trend:

İran Vaşinqtonun həyata keçirdiyi hərbi əməliyyatdan sonra
Küveyt və Bəhreyndə yerləşən ABŞ Silahlı Qüvvələrinin əsas
infrastruktur obyektlərinə cavab zərbələri endirib.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)
bəyanatında bildirilib.




“SEPAH bu gün həyata keçirilən birgə raket və pilotsuz uçuş
aparatları əməliyyatı çərçivəsində ballistik raketlər və pilotsuz
uçuş aparatlarından istifadə etməklə Küveytdəki Əli əl-Salem
aviabazasında və Bəhreyndəki Salman limanında yerləşən ABŞ Hərbi
Dəniz Qüvvələrinin Beşinci Donanmasının bazasında ABŞ hərbçilərinə
məxsus səkkiz əsas infrastruktur obyektini məhv edib”, – deyə qeyd
olunub.

SEPAH Tehranın ABŞ-nin potensial təcavüzünə qarşı cavabının
gələcəkdə daha qətiyyətli olacağı barədə xəbərdarlıq edib və
atəşkəsin pozulması halında əvvəllər əldə edilmiş razılaşmaların
tamamilə ləğv ediləcəyini xatırladıb.