Bakı. Trend:
Venesuelada 4,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentrinin Aragua ştatındakı El
Limon şəhərindən 35 kilometr şimal-şərqdə olduğunu bildirir.
Açıqlamada zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi
deyilir.
Qeyd edək ki, iyunun 24-də axşamı Venesuelada zəlzələ baş verib.
Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə
alınıb. Onların episentrləri Yaracuy ştatında bir-birindən 10
kilometr aralıda yerləşib.

