Almaniyada fırtına fəsadlar törədib, küçələri su basıb, qatar və təyyarə reysləri təxirə salınıb – FOTO

Dünya


İyunun 22-si, günorta saatlarından davam edən fırtına Almaniyanın bir çox əyalətində dağıntılara səbəb olub.

Ölkənin Hessen əyalətinin Nəqliyyat Nazirliyindən “resmixeber.az”un Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, fırtına ağacların aşmasına səbəb olub.

Bundan başqa, yağan güclü yağışlar nəticəsində yaranan sel suları mərkəzi küçələrə dolub və nəqliyyatın hərəkətini iflic edib.

Qatar reyslərində gecikmələr olub, bəzi regional səfərlər təxirə salınıb.

Nazirlikdən bildirilib ki, şiddətli fırtına səbəbi ilə, əyalətin bütün güc strukturları, yanğınsöndürənlər, təcili yardım briqadaları gücləndirilmiş iş rejimində çalışırlar.

“Ancaq bütün bunlara baxmayaraq, hələ də bəzi yolları təmizləmək və nəqliyyatın hərəkətinə açmaq mümkün olmayıb. Güclü yağışın davam etməsi dəmiryollarının təmizlənməsi işini ləngidir. Mərkəzi küçələrdə üzərinə ağac aşan avtomobillərin ərazidən çıxarılması işi sürətlə davam edir”, – qurumdan qeyd olunub.

Fırtına hava limanlarının fəaliyyətində də problem yaradıb. Ölkə üzrə 100-dən çox səfər təxirə salınıb. Sərnişinlər havalimanlarında gecələmək məcburiyyətidə qalıblar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir