Qərbi Azərbaycan İcmasının sədri: “Ermənistan tərəfinin məzmunlu dialoqdan yayınması irəliləyişə manedir”

Siyasət


“Humanitar və insan hüquqlarına əsaslanan gündəliyə möhkəm bağlılıqla fəaliyyət göstərən İcmayıq”.

resmixeber.az xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr edilmiş “Ümumdünya Qaçqınlar Günü və Azərbaycanda qaçqın məsələsi” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin məzmunlu dialoqdan yayınması ədalətli və davamlı həll istiqamətində irəliləyişə manedir:

“Vətənimizə dinc yolla qayıtmaq tələblərimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirən hal kimi yanlış təfsir edilə və ya təqdim oluna bilməz. Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyası və hüquqlarının təmin olunması ilə bağlı Azərbaycan Hökumətinin bəyan etdiyi və təsirli tədbirlər gördüyü kimi, Ermənistan Hökuməti də bizim hüquqlarımızın zəmanət altına alınması və reinteqrasiyamızın təmin olunması naminə konkret addımlar ataraq qarşılıq verməlidir.

Qarşılıqlı maraq doğuran məsələlər üzrə Ermənistan Hökuməti ilə hər zaman birbaşa dialoqa hazır olmağımızı qeyd etməklə bərabər, qayıdış prosesi və qayıtdıqdan sonra kollektiv və fərdi hüquqlarımızın müvafiq beynəlxalq mexanizm çərçivəsində təmin edilməli olduğunu vurğulamaq istərdik”.

“Davamlı dialoq cəhdlərimizə baxmayaraq, Ermənistan hələ də bizim barışıq çağırışlarımıza cavab verməyib. Ermənistan tərəfinin məzmunlu dialoqda iştirak etməkdən yayınması ədalətli və davamlı həll istiqamətində irəliləyişə mane olur. Beynəlxalq ictimaiyyət tərəfindən insan hüquqlarına edilən vurğunun artması və Ermənistandan qovulmuş azərbaycanlıların evlərinə sarsılmaz qayıtmaq istəyi İcmanı qayıdış hüququ istiqamətində səylərini artırmağa ruhlandırır. Bundan başqa, ümid edirik ki, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində davam edən səylər evlərimizə təhlükəsiz və ləyaqətlə qayıtmağımız üçün bizə kömək edəcək”, – o qeyd edib.

İcma sədrinin sözlərinə görə, eyni zamanda, qeyd etməliyik ki, insan hüquqlarına əsaslanan sözügedən məramımızın həyata keçirilməsi böyük ölçüdə beynəlxalq ictimaiyyətin siyasi və praktiki dəstəyindən asılıdır:

“Biz qayıdış hüququmuza dövlətlər və təşkilatlar tərəfindən verilən dəstəyi yüksək qiymətləndiririk. Dövlətlərin və təşkilatların möhtərəm nümayəndələrindən aldığımız cavablar və dialoqumuzun mahiyyəti onu söyləməyə əsas verir ki, geri qayıtmaq hüququmuz beynəlxalq səviyyədə haqlı məsələ kimi tanınıb”.

Ə.Ələkbərli vurğulayıb ki, bu xüsusda, qayıdış konsepsiyamızda mərkəzi rolda səciyyələndirdiyimiz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) ilə davam edən repatriasiya, reinteqrasiya, reabilitasiya və yenidənqurma səylərinin planlaşdırılması və icrası ilə bağlı dialoqumuza böyük dəyər veririk: “Bu gün – Ümumdünya Qaçqınlar Günündə biz, insan hüquqları və ədalət prinsiplərini rəhbər tutaraq, təhlükəsiz və ləyaqətli qayıdış hüququmuzun həyata keçirilməsi, habelə qayıtdıqdan sonra hüquq və təhlükəsizliyimizin təmin olunması istiqamətində haqq işimizə dəstək verməsi məqsədilə beynəlxalq ictimaiyyətə ünvanlanan çağırışımızı bir daha təkrarlayırıq”.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir