
Bakı. Trend:
Azərbaycanın U-21 yığmasının hücumçusu Yusuf Mehtiyev
komandasını dəyişib.
Gənc forvard icarədə oynadığı “Meşxate”dən ayrılıb.
O, Gürcüstanda qalacaq. Belə ki, Mehtiyev aşağı liqada mübarizə
aparan “Kolxeti Poti” ilə anlaşıb.
Azərbaycan yığmasının sabiq futbolçusu “Dinamo”nun (Tbilisi)
yetirməsidir.

