Türkiyədə Trampa sui-qəsd hazırlanmışdı

Baş səhifə

NATO sammiti üçün Ankaraya səfər edən ABŞ Prezidenti Donald Trampa sui-qəsd planlaşdırılmışdı. 

Modern.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.

Bildirilib ki, xüsusi xidmət orqanları İranın rabitə kanalları vasitəsilə aparılan danışıqları ələ keçirib.

Xəbərdə bildirilir ki, İsrail tərəfi İranın mümkün niyyətləri barədə ABŞ-yə xəbərdarlıq edib. Mənbələrin iddiasına əsasən, Qərb kəşfiyyatı Türkiyə ərazisində sui-qəsd ehtimalı ilə bağlı məlumat əldə etdikdən sonra prezident təyyarəsinin dəyişdirilməsi qərarı verilib.

Bildirilib ki, Donald Tramp ötən həftə NATO sammitindən Qətərin hədiyyə etdiyi yeni təyyarə ilə deyil, köhnə “Air Force One” ilə ayrılıb. Mənbələrin sözlərinə görə, bu addım konkret təhlükə ilə deyil, ABŞ Məxfi Xidmətinin tövsiyə etdiyi ehtiyat tədbirləri ilə bağlı olub.

Həmçinin, qeyd olunub ki, Tramp jurnalistlər onu təyyarənin trapında görüntüləmədən əvvəl sürətlə təyyarəyə minib ki, bu da adi protokoldan kənar addım kimi qiymətləndirilib.