Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 4490-a çatıb

Baş səhifə

Bakı. Trend:

Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak
olanların sayı 4 490 nəfərə çatıb.

Bu barədə Bolivar Respublikasının Milli Assambleyasının
(parlament) sədri Xorxe Rodriges özünün Telegram kanalında məlumat
verib.

Onun sözlərinə görə, 16 740 nəfər müxtəlif dərəcəli xəsarətlər
alıb, 17 907 nəfər isə evsiz qalıb. Nəticədə 190 bina tamamilə
dağılıb, 856 tikiliyə ciddi ziyan dəyib.




Aparılan axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər
xilas edilib, 32 401 nəfər xəstəxana və tibb müəssisələrində
müalicə alıb. Zərərçəkmiş 120 974 ailəyə yardım göstərilib, onlara
ümumilikdə 9 995 ton ərzaq məhsulu çatdırılıb.

Qeyd edək ki, zəlzələ iyunun 24-ü axşam saatlarında Venesuelada
baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki
yeraltı təkan qeydə alınıb. Təkanların episentrləri Yarakuy
ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Zəlzələdən
sonra ötən günlər ərzində 1 000-dən çox afterşok qeydə alınıb.