Bu ölkənin prezidenti Azərbaycana gələcək

Baş səhifə

Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevin dəvəti ilə iyulun 13-də Azərbaycana rəsmi səfər edəcək.

Metbuat.az Slovakiya mediasına istinadən xəbər verir ki, bu barədə Slovakiya Prezidentinin Dəftərxanasından bildirilib.

Səfər Azərbaycan Prezidentinin ötən ilin dekabrında Slovakiyaya baş tutmuş tarixdəki ilk rəsmi səfərinin davamı olacaq.

P.Pelleqrini ilə birlikdə Azərbaycana, Baş nazirin müavini, müdafiə naziri Robert Kalinyak, Baş nazirin müavini, iqtisadiyyat naziri Denisa Sakova, daxili işlər naziri Matuş Şutay Eştok və Slovakiya Milli Bankının rəhbəri Peter Kajimir gələcəklər.

Səfər çərçivəsində Bakıda həmçinin iki ölkənin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə Slovakiya-Azərbaycan biznes-forumu keçiriləcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.