
Şuşa. Trend:
Hazırda bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi
üzərində çalışırıq. Çünki biz gözləmirdik ki, coğrafi mövqeyimizin
əhəmiyyəti son dövrlərdə bu qədər əhəmiyyəti artacaq. Həm Qərb, həm
də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır.
Bu barədə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun
açılışında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, istər Mərkəzi Asiya və
Gürcüstan, istərsə də Türkiyə və Avropa ilə əlaqələrimiz yaxşıdır.
Bütün bunları bir araya gətirmək üçün, əlbəttə, bir çox addımları
atmalı idik ki, dəhlizlər faydalı olsun.

