Aİ və Bəhreyn yeni Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlara başlayıb – Kallas

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı və Bəhreyn yeni Strateji Tərəfdaşlıq Sazişi üzrə
danışıqlara başlayıb. Bu barədə Aİ-nin xarici işlər və
təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas
bildirib.

“Avropa Fars körfəzi ölkələri üçün etibarlı tərəfdaşdır. Bu gün
Aİ və Bəhreyn yeni Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlara
başlayıb”, – deyə o, X sosial şəbəkəsində yazıb.

Kallasın sözlərinə görə, Fars körfəzi ölkələri hazırda geosiyasi
proseslərin mərkəzində yerləşir və Aİ ilə Bəhreyn əməkdaşlığı daha
da dərinləşdirmək niyyətindədir.

O, danışıqların başlandığını Bəhreynin xarici işlər naziri
Əbdüllətif bin Rəşid Əl-Zayani və Avropa Komissiyasının üzvü
Dubravka Şuitsa ilə birlikdə elan edib.