FIFA dünya çempionatının 64 komandalı formatını nəzərdən keçirir

Baş səhifə

Bakı. Trend:

Gələcəkdə futbol üzrə dünya çempionatının iştirakçı sayının 64
komandaya çatdırılması ehtimalı nəzərdən keçirilir.

Bu barədə FIFA prezidenti Canni İnfantino “Blue Sport” portalına
müsahibəsində danışıb.




O bildirib ki, mundialın formatının daha da genişləndirilməsi
məsələsi gündəmdədir. İnfantino xatırladıb ki, 2026-cı ildə
keçiriləcək dünya çempionatında iştirakçı komandaların sayı tarixdə
ilk dəfə olaraq 32-dən 48-ə yüksəldilib.

FIFA prezidentinin sözlərinə görə, dünya çempionatında iştirak
etmək imkanı yalnız müəyyən ölkələrlə məhdudlaşmamalıdır və bütün
milli komandalar bu turnirdə çıxış etmək şansına sahib olacaqlarına
ümid edə bilməlidirlər. O qeyd edib ki, 64 komandalı formatın
tətbiqi ideyası müzakirə predmetidir, lakin bununla bağlı hələlik
yekun qərar qəbul edilməyib.