Aftandil İsrafilovun qızı: “Atamın vəziyyəti ağır olaraq qalır, reanimasiyadadır”

Mədəniyyət


Xalq artisti Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır.

Bu barədə resmixeber.az-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, qarmon ustasının səhhətində irəliləyiş yoxdur.

“Həm ürəyində, həm ağciyərlərində problem var. Reanimasiyadadır. Vəziyyəti ağırdır”, – sənətçinin qızı əlavə edib.

Xatırladaq ki, Aftandil İsrafilov ötən ilin noyabrında səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilib. Bir müddət sonra evə buraxılıb, müalicəsi evdə davam etdirilib.

O, martın 27-də yenidən xəstəxanaya yerləşdirilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir