Laçında xalçaçılıq və yaradıcılıq mərkəzlərinin açılışı olub – FOTO

Mədəniyyət


Laçın şəhərində “İslimi” Xalçaçılıq Mərkəzinin, eləcə də “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin açılış mərasimləri keçirilib.

“resmixeber.az” xəbər verir ki, açılış mərasimlərində Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xidməti” ASC-nin və digər qurumların əməkdaşları iştirak ediblər.

Qeyd olunub ki, “İslimi” Xalçaçılıq Mərkəzi Laçının hələ qədimdən məşhur xalçalarının olduğu nəzərə alınaraq yaradılıb. Burada Laçın çeşnilərini özündə əks etdirən xalçaların ərsəyə gətirilməsi ilə yanaşı, həm də sakinlərin məşğulluğu təmin olunacaq.

Mərasim iştirakçıları mərkəzlərdə yaradılan şəraitlə tanış olublar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir