The Weeknd Ginnesin Rekordlar Kitabına düşüb

Dünya


Kanadalı müğənni Abel Tesfaye (The Weeknd) planetin ən məşhur musiqiçisi kimi Ginnesin Rekordlar Kitabına düşüb.

33 yaşlı sənətçi iki ciddi rekorda imza ataraq bu ada layiq görülüb. O, “Spotify”da aylıq 100 milyon dinləyici rekordunu qıran ilk sənətçi olub. Müğənni, həmçinin platformada aylıq 111,4 milyon dinləyici toplayıb.

Kanadalı böyük fərqlə liderlik edir. Belə ki, ikinci yerdə olan Mayli Sayrusun aylıq dinləyicisi demək olar ki, 30 milyon azdır – 82,4 milyon. Onları Şakira (81,6 milyon), Ariana Qrande (80,6 milyon), Teylor Svift (80,2 milyon), Rihanna (78,5 milyon) və Ed Şiran (77,5 milyon) izləyir.

Sənətçinin 2020-ci ildə yayımlanan “Blinding Lights” treki 3,4 milyarddan çox yayımla “Spotify”da ən çox yayımlanan trek olaraq qalır.

O, 2016-cı ildə də “Spotify”da ən çox dinlənilən alboma (“Beauty Behind the Madness”), eləcə də kişi solo ifaçılar üçün “Billboard Hot 100”ün ilk 10-luğunda ən uzun müddət qaldığına görə də Ginnesin Rekordlar Kitabına düşüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir