Dünya Bankı Türkiyəyə 1,78 milyard dollar ayırıb.
Bu barədə qurumun bəyanatında qeyd edilib.
“Fəlakətin miqyasını qiymətləndirmək, bərpa və yenidənqurmayla bağlı prioritet sahələri müəyyən etmək üçün zərərin sürətli qiymətləndirilməsinə başlanılıb”, – deyə bəyanatda bildirilib.
Qurumdan vurğulanıb ki, müvafiq vəsait dəhşətli zəlzələ və afterşoklardan sonra yaranmış vəziyyəti aradan qaldırmaq üçün aparılan xilasetmə və bərpa işlərinə sərf olunacaq.
Mənbə: Anadolu Agentliyi
www.RESMIXEBER.az