Bu marşrutların istiqaməti dəyişdirilir

Baş səhifə

2 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.

Bu barədə Modern.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Lökbatan qəsəbəsində Abşeron-Qaradağ mənzilində yerləşən qorunan dəmiryol keçidində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar 23-24 iyun tarixlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Məhdudiyyət səbəbindən 126 və 206 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Mədən küçəsi – Xocəsən şosesi (S.İsmayılzadə küçəsi) – 28 May küçəsi ilə təşkil ediləcək.