
Astroloqlar yaxın günlər üçün kosmik enerjilərdə baş verən dəyişikliklərin bəzi bürclərin həyatında mühüm dönüşlərə səbəb olacağını bildirirlər.
Metbuat.az həmin bürcləri təqdim edir:
Şir bürcü üçün bu mərhələ özünü ön plana çıxarmaq və yarımçıq qalan işləri tamamlamaq baxımından əlverişli hesab olunur. Bildirilir ki, bu dövrdə Şirlər həm iş, həm də sosial mühitdə diqqət mərkəzində olacaq və liderlik xüsusiyyətlərini daha qabarıq şəkildə göstərə biləcəklər.
Əqrəb bürcü üçün isə intuisiya və daxili hisslərin güclənəcəyi vurğulanır. Qeyd olunur ki, bu günlərdə gizli qalan məsələlərin üzə çıxması və ətrafdakı insanların niyyətlərinin daha aydın görünməsi mümkündür. Eyni zamanda maliyyə sahəsində gözlənilməz müsbət dəyişikliklər də istisna edilmir.
Qız bürcü üçün isə daha çox daxili rahatlıq və həyat nizamının bərpası ön plana çıxır. Mütəxəssislərin sözlərinə görə, bu dövr sağlamlıqla bağlı yeni qərarlar vermək, zərərli vərdişlərdən uzaqlaşmaq və ümumi həyat tərzini dəyişmək üçün münasib sayılır.

