ABŞ-dən geri addım – İranın tələbini yerinə yetirdi 

Baş səhifə

ABŞ İran mənşəli neft və neft-kimya məhsulları ilə bağlı bəzi əməliyyatlara müvəqqəti icazə verən yeni Baş Lisenziya yayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sənədə əsasən, İran mənşəli xam neftin, neft-kimya məhsullarının və neft məhsullarının hasilatı, tədarükü və satışı ilə bağlı əməliyyatların həyata keçirilməsinə 21 avqust 2026-cı il tarixinədək icazə verilir.

Lisenziya çərçivəsində ABŞ-a İran mənşəli xam neft, neft-kimya məhsulları və neft məhsullarının idxalı ilə bağlı əməliyyatların aparılmasına da icazə nəzərdə tutulub.

Bundan əlavə, sənəd ABŞ sanksiyaları səbəbindən bloklanmış gəmilərlə bağlı müəyyən əməliyyatları da əhatə edir.

Qeyd edək ki, sözügedən lisenziya yalnız müəyyən müddət üçün qüvvədədir və onun tətbiqi sənəddə nəzərdə tutulan şərtlərlə tənzimlənir.