“Real” ulduz futbolçuya qapını göstərdi

Baş səhifə

“Real Madrid”in yarımmüdafiəçisi Dani Sebalyosun klubdan ayrılığı gündəmdədir.

Metbuat.az xəbər verir ki, İspaniya təmsilçisinin rəhbərliyi futbolçunun transferi üçün heç bir ödəniş tələb etməyəcək. Klubun mövqeyinə görə, Sebalyosun komandadan ayrılması əsas prioritet hesab olunur və bu səbəbdən digər klublara maliyyə tələbi irəli sürülməyəcək.

Məlumata görə, “Real Madrid” həmçinin futbolçu ilə bağlı əlavə şərtlər və ya xüsusi tələblər də qoymayacaq. Klubun əsas məqsədi yarımmüdafiəçinin sərbəst şəkildə ayrılmasına şərait yaratmaqdır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.