
Bakı. Trend:
Ağdam rayonunda aparılan qazıntı işləri zamanı insan skeletinə
bənzər qalıqlar aşkarlanıb.
Trend-in
Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Baş Qərvənd kəndi
ərazisində qeydə alınıb. Ərazidə fəaliyyət göstərən şirkət
tərəfindən aparılan qazıntı işləri zamanı aşkar olunan qalıqlarla
bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib.
Məlumat əsasında hadisə yerinə müvafiq qurumların əməkdaşları
cəlb olunub və aşkarlanan qalıqlara ilkin baxış keçirilib.
Qalıqların mənşəyinin və kimə məxsus olmasının müəyyənləşdirilməsi
məqsədilə ekspertiza təyin edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

