UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!

Baş səhifə

Bakı. Trend:

Yay tətilini arzuladığın kimi keçirmək, yeni əşyalar almaq, evdə
yarımçıq qalan işləri tamamlamaq- aylardır təxirə saldığın digər
planları həyata keçirmək… Bu arzular 30 000 manatlıq sərfəli
kredit xətti və 72 günədək güzəşt müddəti olan UCard ilə daha
əlçatan oldu.

Məhz buna görə, Unibank UCard-ı daha sərfəli şərtlərlə yenilədi.
Artıq UCard sahibləri 30 000 manatadək kredit
xəttindən
faydalana, istifadə etdikləri məbləği isə
72 günədək faizsiz geri ödəyə bilərlər.

Daha uzun güzəşt müddəti və daha yüksək kredit limiti ilə UCard
maliyyə planlarınıza daha çox çeviklik və rahatlıq gətirir.

UCard istifadəçiləri üçün digər üstünlüklərdən biri də geniş
taksit imkanlarıdır. Kart sahibləri 100-dən çox partnyor
şəbəkəsində indi 24 ayadək taksitlə alış-veriş edə bilərlər.
Partnyorların siyahısı və kampaniya şərtləri ilə “Unibank”ın rəsmi
internet saytının “Partnyorlar” bölməsində tanış olmaq
mümkündür.




Kredit kartından daha rahat və effektiv istifadə üçün müştərilər
UBank mobil tətbiqindən yararlana bilərlər. Tətbiq vasitəsilə
kredit limiti, istifadə olunmuş məbləğ, minimal ödəniş, ödəniş
tarixləri və taksit ödənişləri barədə məlumatları operativ izləmək
mümkündür.

Yenilənmiş UCard haqqında ətraflı məlumatı “Unibank”ın rəsmi
internet saytından (https://unibank.az/az/cards/view/1998/ucard)
və bankın xidmət şəbəkəsindən əldə etmək olar.

Unibank- Sənin Bankın!