Aİ-Böyük Britaniya sammiti Starmerə görə təxirə salındı

Baş səhifə

Bakı. Trend:

Avropa Şurasının prezidenti António Kosta Böyük Britaniyanın Baş
naziri Keir Starmerin istefasından sonra 22 iyulda keçirilməsi
planlaşdırılan Aİ-Böyük Britaniya sammitinin təxirə salınması
qərarını açıqlayıb.

Xarici media yazır ki, Kosta mətbuat konfransında “indi bunu
təxirə salmalı olacağıq” deyə bildirib.

Kosta ümid edir ki, Starmerin varisi Aİ ilə Böyük Britaniya
arasında münasibətlərin yenidən qurulması kursu üzərində işləməyə
davam edəcək.




Xatırladaq ki, sammitdə krallıq və ittifaq arasında əməkdaşlıq
məsələlərinin, xüsusən də kənd təsərrüfatı və ticarətlə bağlı
məsələlərin müzakirəsi planlaşdırılırdı.

İyunun 22-də Starmer istefa vermək niyyətində olduğunu
açıqlayıb.