Azərbaycanlı general Türkiyənin yeni baş konsulu ilə görüşdü

Siyasət

Fevralın 1-də müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev Türkiyə Respublikasının Gəncə şəhərinə yeni təyin olunan Baş konsulu Recep Öztop ilə görüşüb.

Bu barədə resmixeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

General-leytenant Ə.Əfəndiyev qonağı salamlayaraq onu yeni təyinatı ilə bağlı təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Müdafiə nazirinin müavini Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb.

R.Öztop səmimi qəbula görə minnətdarlığını ifadə edib, ikitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran mövzulara dair fikir mübadiləsi aparılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir