“Toppuş bacı”nın ayaqları tutuldu

Cəmiyyət

Xərçəngdən əziyyət çəkən Əməkdar artist, “Toppuş bacı” kimi tanınan Tünzalə Əliyevanın səhhəti pisləşib. 

O, ayaqlarının tutulduğunu, xəstəxanaya gedə bilmədiyini bildirib:

“Çox pisəm. Ayaqlarım demək olar ki, tamamilə tutulub. Klinikaya gedə bilmirəm. Yataq xəstəsiyəm. Ağciyərimə, ayaqlarıma su yığılmışdı. Xəstəxanaya gedə bilmirəm ki, yenidən yoxlanış olsun. Şüa müalicəsi çoxdan dayanıb. MRT (Maqnit Rezonans Tomoqrafiyası) olmalıyam. Amma gecikirəm, artıq getməyə gücüm də yoxdur”.

Qeyd edək ki, bir neçə ay əvvəl sənətçinin başında da şiş aşkarlanıb. Hətta onun səsi də tutulub, buna görə aktrisalıq fəaliyyətini dayandırıb.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir