
Bakı. Trend:
Fransa Böyük Britaniya və Almaniyanın birgə reallaşdırdığı
uzaqmənzilli raket proqramında iştirak etmək istəyir.
Trend xəbər verir ki,
“Financial Times”ın yaydığı məlumata görə, bununla bağlı
müzakirələrin iyunun əvvəlində aparılması nəzərdə tutulur.
Nəşrin yazdığına əsasən, Paris bu təşəbbüsə qoşulmaqla ənənəvi
silah sistemləri ilə nüvə çəkindirmə imkanları arasındakı boşluğu
aradan qaldırmağa çalışır.
Məlumata görə, Almaniya Fransanın proqramda iştirakına müsbət
yanaşır. Bununla belə, Britaniya tərəfi hesab edir ki, yeni
iştirakçının müdafiə sənayesi maraqları və silah strategiyası
layihədə mövcud balansı poza bilər.

