
Bakı. Trend:
“Çelsi” Cordan Hendersonu transfer edə bilər.
London klubu 36 yaşlı yarımmüdafiəçi uğrunda mübarizədə digər
Premyer Liqa təmsilçilərini qabaqlayır. “Brentford” Hendersonu
ödənişsiz buraxmağa hazırdır.
Təcrübəli futbolçu ötən mövsüm Premyer Liqada 32 oyunda meydana
çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

