
ABŞ-ın İranın Əhvaz şəhərinə endirdiyi zərbə nəticəsində dörd nəfər ölüb, beş nəfər yaralanıb.
Bu barədə Press TV Xuzistan əyalətinin qubernatoruna istinadən məlumat yayıb.
İran Dövlət Televiziyası isə Bəndər-Abbasa endirilən zərbə nəticəsində iki nəfərin yaralandığı haqda məlumat yayıb.
Qeyd edək ki, partlayışlar həmçinin İranın Firuzabad, Teft, Xürrəmabad, Cask, Omidiye və Endimeşk şəhərlərində, Xondab bölgəsində, Bəndər-Abbas limanında və Qəşm adasında da qeydə alınıb.
Bu zərbələrdə itkilərin olub-olmadığı barədə məlumat yoxdur.

