Yaponiyanın baş naziri öz yuxu rejimi ilə hər kəsi təəcübləndirib

Baş səhifə

Bakı.Trend:

Yaponiyanın Baş naziri Sanae Takaiçi bildirib ki, o, adətən
sutkada cəmi 0–3 saat yatır, 5 saatlıq yuxunu isə əsl “dəbdəbə”
hesab edir.

Takaiçinin sözlərinə görə, bayram günlərini hökumət sənədlərinin
öyrənilməsinə, vətəndaşlardan daxil olan minlərlə məktubun nəzərdən
keçirilməsinə və ev işlərinin görülməsinə həsr edib.




Lakin baş nazirin bu etirafı birmənalı qarşılanmayıb. Müxalifət
nümayəndələri bildiriblər ki, xroniki yuxusuzluq düşünülmüş
qərarlar qəbul etmək qabiliyyətinə mənfi təsir göstərə və dövlət
idarəçiliyinin səmərəliliyini azalda bilər.

Bununla yanaşı, Takaiçinin tərəfdarları onu müdafiə ediblər.
Onlar qeyd ediblər ki, Yaponiyanın ilk qadın baş naziri gərgin
dövlət fəaliyyətini ev işləri ilə uzlaşdırmağa məcburdur ki, bu da
onun üzərinə düşən yükü əhəmiyyətli dərəcədə artırır.