Prezident İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub

Baş səhifə

Berlin. Trend:

Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix
Merts ilə mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə
toxunub.

Bu barədə Trend-in xüsusi müxbiri məlumat verib.

Dövlətimizin başçısı bununla bağlı deyib: “Bu il biz həm Avropa
İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa
Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana
səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası
var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha
da gücləndirəcək”.