
Dövlət Gömrük Komitəsi gömrük geyimlərinin satın alınması ilə bağlı hazırlıqları yekunlaşdırıb.
Modern.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az komitədən məlumat əldə edib.
Belə ki, qurum geyimlərin alqı-satqısına görə “Teymur Collection” şirkəti ilə müqavilə bağlayıb.
Bağlanmış müqavilənin maliyyə dəyəri 637 min manat olaraq müəyyən olunub.

