Türkiyədə bələdiyyə sədri həyat yoldaşı ilə birgə saxlanılıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

Səhər saatlarında Türkiyənin İzmit Bələdiyyəsində polis
əməliyyatı keçirilib. Bələdiyyə binasında aparılan axtarışlardan
sonra İzmit Bələdiyyəsinin sədri Fatma Kaplan Hürriyet və həyat
yoldaşı Murat Hürriyet saxlanılıblar.

Bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının
bələdiyyə sədrinin evində də axtarışlara başladığı bildirilir.




Xatırladaq ki, bundan bir neçə gün əvvəl İzmit Bələdiyyəsinin
sədri Fatma Kaplan Hürriyyətin uzun illər Xüsusi Katiblik
İdarəsinin müdiri vəzifəsində çalışmış Duygu Çetiner, “Leyla Hanım”
filminin prodüseri Koral Altın, bələdiyyənin keçmiş Satınalma
şöbəsinin müdiri Mehmet Şevket Verit və bələdiyyə sədrinin keçmiş
şəxsi sürücüsü Hüseyin Ergül saxlanılmışdı.

Polis idarəsində ifadələri alındıqdan sonra məhkəməyə çıxarılan
şübhəlilərdən keçmiş Satınalma şöbəsinin müdiri Mehmet Şevket Verit
barəsində həbs qətimkan tədbiri seçilmiş, Hüseyin Ergül isə ifadə
verdikdən sonra sərbəst buraxılmışdı.