Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək

Baş səhifə

Bakı. Trend:

Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim
yaddaşımızdan heç vaxt silinməyəcək.

Trend xəbər verir ki,
bu barədə Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə
görüşdə bildirib.

“Onun siyasətini davam etdirərək bu gün bax, biz buradayıq,
Zəngilandayıq. Düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü
bərpa etdik. O vaxta qədər güclü iqtisadiyyat qurduq, güclü ordu
qurduq, cəmiyyətdə vətənpərvərlik meyillərini gücləndirdik və
faktiki olaraq, Azərbaycanı beynəlxalq təcriddən də çıxara bildik”,
– deyə dövlətimizin başçısı əlavə edib.