
Bakı.Trend:
Benqal körfəzində Rohinca qaçqınlarını daşıyan iki gəminin
qəzaya uğraması nəticəsində azı 500 nəfərin həlak olduğu ehtimal
edilir.
Bu barədə “The Times of India” qəzeti BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığının (UNHCR) məlumatına istinadən xəbər yayıb.
Məlumata görə, göyərtəsində ümumilikdə təxminən 530 qaçqın olan
iki gəmi iyunun sonunda Myanmanın Rakxayn ştatından yola düşüb.
Gəmilər iyulun əvvəlində Banqladeşə gedərkən hələlik
dəqiqləşdirilməmiş şəraitdə, ehtimal ki, əlverişsiz hava şəraitinin
yaratdığı toqquşma nəticəsində batıb. Qəza yerində
axtarış-xilasetmə əməliyyatları aparılmayıb.
UNHCR-in məlumatına görə, 2025-ci ildə 6,5 mindən çox rohinca
dəniz yolu ilə Myanmadan Banqladeşə keçməyə cəhd edib. Onlardan
təxminən 900 nəfər həlak olub və ya itkin düşüb.

