Fransa parlamentində evtanaziya ilə bağlı qanun layihəsi qəbul edilib

Baş səhifə

Bakı.Trend:

Fransa parlamenti ölümə yardım hüququ ilə bağlı qanun layihəsini
qəbul edib. Bu sənəd faktiki olaraq ağır xəstələrin öz seçimləri
ilə intiharına faktiki olaraq vasitəçiliyə icazə verəcək.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib və qeyd
edib ki, sənəd qəbul edildikdən sonra baxılması üçün Konstitusiya
Şurasına göndəriləcək.

Fransa Milli Assambleyasının rəsmi saytında qeyd olunduğu kimi,
ölümə vasitəçilik hüququna dair qanun layihəsi 2026-cı il iyulun
15-də Fransa Konstitusiyasının 45-ci maddəsinin 4-cü bəndinin
müddəalarına uyğun olaraq Milli Assambleya tərəfindən qəbul
edilib.




Fransa Prezidentinin sözlərinə görə, o, 2022-ci ildə bu yolu
fransız xalqı ilə birlikdə keçmək öhdəliyini üzərinə
götürmüşdü.

“2022-ci ildə bu yolu fransızlarla birlikdə keçmək öhdəliyini
üzərimə götürdüm. Böyük məsuliyyət, təvazökarlıq və demokratiyamıza
tam hörmətlə bu vəd yerinə yetirildi”, – deyə Makron
vurğulayıb.

Fransa Prezidenti bildirib ki, sənədə Konstitusiya Şurasında
baxılması hüquqi dövlət prinsiplərinə uyğun şəkildə həyata
keçiriləcək.