Zelenski: Sentyabrın 23-dək səfərbərlik problemi həll olunmalıdır

Baş səhifə

Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Mixail Fedorovun vəzifədən azad edilməsinin əsas səbəblərindən birinin səfərbərlik islahatının lazımi səviyyədə həyata keçirilməməsi olduğunu bildirib.

Bu barədə “Ukrainska Pravda” nəşri hakim “Xalqın Xidmətçisi” fraksiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Zelenski deputatlarla görüşdə bildirib ki, Müdafiə Nazirliyinin fəaliyyəti daha səmərəli olmalı və nazirliklə Silahlı Qüvvələrin rəhbərliyi arasında yaranmış qarşıdurmaya son qoyulmalıdır.

Prezidentin sözlərinə görə, Fedorov və Silahlı Qüvvələrin Baş komandanı Aleksandr Sırski müdafiə sahəsinin inkişafı ilə bağlı fərqli baxışlara malik idilər.

“Onlar iki fərqli dünyada yaşayırlar. Mixa bütün sistemi rəqəmsallaşdırmaq, texnologiyalar üzərində qurmaq istəyir. Hərbçilər isə sadəcə eşidilmələrini istəyirlər. Onlar müəyyən silah növlərinin alınmasını xahiş edirlər, amma o, bundan imtina edərək başqa istiqamətləri maliyyələşdirirdi. Onlar artıq bir-birlərini eşitmirdilər”, – Zelenski qeyd edib.

Prezident həmçinin Fedorovun vəd etdiyi səfərbərlik islahatını həyata keçirməməsindən narazılığını ifadə edib.

“Əgər sentyabrın 23-də Putin ümumi səfərbərlik elan etsə, artıq heç kəsin nə zarafata, nə də rəqəmsal islahatlara vaxtı olacaq. Biz bu tarixə qədər səfərbərlik məsələsini həll etməliyik”, – Zelenski bildirib.

Mənbələrin sözlərinə görə, dövlət başçısı hesab edir ki, Rusiyanın mümkün eskalasiyası fonunda Ukrayna mümkün qədər qısa müddətdə səfərbərlik sistemindəki problemləri aradan qaldırmalıdır.

Qeyd edək ki, Ali Rada Fedorovun istefasını təsdiqləyib və yeni müdafiə nazirinin təyin olunması məsələsinə baxır.